Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı Oxu24.com a bildirib ki, hadisə bu gün 6:40 radələrində rayonun “28 May” küçəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü A.H-ya naməlum şəxs tərəfindən kəsici-deşici alətlə xəsarət yetirildiyi və xəstəxanaya yerləşdirildiyi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Hadisə ilə bağlı ərazi Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.
Qeyd edək ki, bu barədə ilk xəbəri Bakupost.az yayıb. Hadisənin rəfiqələr arasında beş verdiyi qeyd olunur. Yaralı xəstəxanaya çatdırılıb, həyatı üçün təhlükənin olmadığı bildirilir.
Oxu24.com
ŞƏRHLƏR