Serbiyanın qərbində yerləşən Sloboda müdafiə zavodunda baş verən partlayış nəticəsində biri ağır olmaqla 4 nəfər yaralanıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Tanjug” agentliyi məlumat yayıb.
"Cacak şəhərindəki Sloboda müdafiə zavodunda baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb, onlardan biri ağır yaralanıb", - məlumatda deyilir.
Qurumdan verilən məlumata görə, üz, boyun və qol nahiyəsindən yanıq xəsarətləri alan 36 yaşlı kişi müayinədən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə yerindən verilən məlumata görə, partlayış artilleriya sexində baş verib, istehsal xəttində mərmi partlayıb.
Agentlik qeyd edir ki, “Sloboda” Serbiyanın geniş çeşidli hərbi təyinatlı müdafiə müəssisələrindən biridir.
Bundan əvvəl Serbiyanın Valyevo şəhərindəki “Krusik” zavodunun administrasiyası məlumat vermişdi ki, avqustun 3-də baş vermiş partlayışda binada olan 20 işçidən yalnız 3-ü xəsarət alıb. Həmçinin bildirilib ki, partlayış primerlə - odlu silahda toz yükünü alovlandırmaq üçün qurğu ilə iş zamanı baş verib.
Bundan əvvəl Bolqarıstanda silah zavodunda partlayış baş verib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR