Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120538
az

Vətəndaşların “BakıKart” tətbiqindəki vəsaitləri geri qaytarılacaq- Rəsmi

13:4818 Oktyabr, 2024
92
CƏMİYYƏT
  • A

“Bakı kart”ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.   

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov yeni layihələrlə bağlı ictimai dinləmədə müzakirə zamanı deyib. 

O, bildirib ki, vətəndaşların “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib: “Vətəndaşların mobil tətbiqdə olan bütün vəsaitləri geri qaytarılacaq. Tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Yaxın günlərdə, hətta ola bilər gələn həftə bu məsələ həll olunsun”. 

T. Səfərov qeyd edib ki, bu problem tez-tez təkrarlandığına görə, onun köklü həllinə gedildi. Mobil tətbiqin yenilənmə prosesində texniki imkanlarının artırıması nəzərdə tutulub.

İctimai dinləmədə qeyd olunub ki, vətəndaşlar ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən (məsələn, “BirBank” və “M10” tətbiqlərində QR-kodlar yaratmaqla) istifadə edə bilərlər. 
O da bildirilib ki, hazırda vətəndaşlar “BakıKart”ın balansını artırmaq üçün  daha çox imkanlara sahibdirlər. Bakı Metropoliteninin stansiyalarında “BakıKart” yükləmə aparatları sərnişinlərin ixtiyarındadır. Həmçinin, hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan elminə ağır itki baş verdi
Cinayət işi açıldı
"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu