Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120484
az

Direktor və müavinlərinin işə qəbulu üzrə keçid balı AŞAĞI SALINDI

21:1017 Oktyabr, 2024
78
CƏMİYYƏT
  • A

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə (bundan sonra – məktəblər) direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişikliklər edilib.

Nazirlikdən OXU24.COM -a verilən məlumata görə, yeni qaydalara əsasən, test imtahanı və müsahibə mərhələsinin keçid balları aşağı salınaraq namizədlərə bərabər imkanlar yaradılıb.

Əvvəlki qaydalara görə, Bakı şəhər məktəblərində direktor vəzifəsi üçün test imtahanının minimum keçid balı 70, Abşeron rayon, Sumqayıt və Gəncə şəhərlərinin məktəbləri üçün 60, digər şəhər və rayonlar üzrə isə 50 bal idi. Direktor müavinləri üçün isə bu göstərici Bakı şəhəri üzrə 63, Abşeron rayon, Sumqayıt və Gəncə şəhər məktəbləri üçün 54, digər bölgələrdə isə 45 bal təşkil edirdi. Yeni qaydalarda bölgə fərqləri aradan qaldırılaraq bütün şəhər və rayonlar üzrə məktəblərdə direktorlar üçün keçid balı 55, direktor müavinləri üçün isə 50 bal müəyyən olunub.

Əvvəlki qaydalara əsasən, müsahibə mərhələsində 32 və daha çox bal toplamış namizəd uğurlu hesab edilirdi. Yeni qaydalara görə, müsahibə mərhələsində direktor vəzifəsi üçün minimal keçid balı 22, direktor müavini vəzifəsi üçün isə 20 bal müəyyən olunub.

Bu dəyişikliklərin əsas məqsədi daha çox namizədin müsabiqədə iştirakına imkan yaratmaqdır.

Müsahibədə iştirak edən namizədlərin qiymətləndirmə meyarlarında da dəyişikliklər edilmişdir. Namizədin qiymətləndirilməsi 4 meyar üzrə konkret kriteriyalar və standartlaşdırılmış qiymətləndirmə formaları əsasında aparılacaqdır.

Test və müsahibə mərhələsində topladığı balların cəmi əsasında namizədin yekun nəticəsi (faizlə) hesablanacaq. Test və müsahibədə ayrı-ayrılıqda 55% və daha artıq nəticə göstərənlər həm direktor, həm də direktor müavini vəzifələri üçün, 50%-54% nəticə göstərənlər yalnız direktor müavini vəzifələri üçün vakansiya seçmək hüququ əldə edəcəklər.

Namizədlərin vakansiya seçimindən sonra vakant vəzifələrə yerləşdirilməsi müsabiqə əsasında təşkil ediləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi