Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12046
az

Başqasının enerjisini sormağın ƏN ASAN ÜSULU: cinsi münasibət və... - Maraqlı MƏQAMLAR

09:5517 Aprel, 2019
1963
MARAQLI
  • A
 
Bionerji terapevti Lyudmila Morvina həyat enerjisi haqqında vacib tövsiyələr verib.

Publika.az xəbər verir ki, mütəxəssis enerji vampirləri ilə mübarizə yollarından danışıb.

Biz hər gün həyat enerjisini daim oğurlayan insanlarla qarşılaşırıq. Amma bunun niyə və necə baş verməsi, eləcə də enerji vampirləri ilə mübarizə üsulları barədə bizə məktəbdə heç kim heç nə öyrətmir.

Artıq heç kimə sirr deyil ki, insan sadəcə fiziki varlıq deyil, həm də alimlərə çoxdan məlum olan enerji sahəsidir. Bu, beynin elektrik şüaları, neytron və neytrinlər, eləcə də bionerji və ya bioplazmadır.

Bionerji mütəxəssisləri iddia edir ki, insanlar hər zaman, hətta yatdığı və ya səssiz olduğu vaxtlarda da aralarından enerji mübadiləsi baş verir. Başqasının energetika sahəsi ilə qarşılıqlı təsirini şüuraltı olaraq hiss edirik, biz buna ya əhval-ruhiyyənin, ya da fiziki vəziyyətin dəyişməsi ilə ona reaksiya veririk. Əgər hər hansı insanla münasibət qurmaq sizin üçün asan və xoşdursa, onunla eyni anda susa bilirsinizsə, deməli, enerji mübadiləniz əla gedir, siz bir-birinizi mənəvi baxımdan qidalandırırsınız. Odur ki, bundan hər ikiniz qazanırsınız. Əgər siz qıcıq, təşviş, hətta qəfil ağrı və ya gücünüzün birdən-birə yox olduğunu hiss edirsinizsə, deməli, o adam sizin üçün enerji oğrusudur.

Bionerji hər kəsə qan və limfalar kimi vacibdir. Amma bəzi vaxtlarda enerjinin səviyyəsi inanılmaz dərəcədə aşağı düşür. Enerji çatışmazlığının səbəbləri müxtəlif ola bilər: ağır xəstəlik, qocalıq, güclü yorğunluq və s. Lakin insanı heç nə qəzəb, qıcıqlanma, həsəd, günah və qısqanclıq kimi mənfi hisslər qədər yormur. Sadalanan bütün neqativlər insan enerjisinin tükənməsinə yol açır. Məhz həsəd, paxıllıq və qəzəb kimi emosiyalar enerji sahəsində dəliklər yaradaraq gücün bu dəliklərdən "axmasına" şərait yaradır. Dolayısı ilə enerji itkisinə məruz qalan insan tükənməkdə olan ehtiyatlarını doldurmağın yollarını axtarmağa başlayır.

İctimai nəqliyyat istifadəsi insan enerjisinin tükənməsinə səbəb ola bilər. Biz hər səhər hirsini başqalarının üstünə tökməyə hazır olan sərnişinlərlə rastlaşırıq. Ümumi əhval-ruhiyyəyə daha çox məruz qalsanız, bədbəxtlik içində "vahid" olma riskiniz daha çoxdur.

Sakit, nikbin insanların bionerji sahəsində adətən tarazlıq hökm sürür və o qızıl yumurtanı xatırladır. Belə enerji sahəsini pozmaq çətindir. Amma acgöz "vampir" potensial qurbanın enerjisini soraraq özü ilə bərabərləşdirməyə çalışacaq. Resept sadədir: sizi qəzəbləndirməyə çalışacaqlar. Hirsləndiyiniz zaman emosiyalarla birlikdə enerjinin böyük hissəsini də boşaldırsınız.

Arzu olunan enerji "qonaqlığını" qorxu vasitəsilə də almaq olar: qorxu insanın aurasında "deşiklər" əmələ gətirir. Energetika vampiri onların arasından girərək öz ziyafətinə başlayır.

Çox vaxt qurbanlıq səcdəgahına könüllü olaraq gedirik! "Səndən başqa heç kəsə etibar edə bilmərəm”, “Elə bədbəxtəm ki...” sözlərinə necə biganə qalmaq olar? Bu zaman ürəyiniz açılır və enerjiniz sanki deşikli qaz balonundan axaraq azalır. Kiminsə ağrı və acılarını dinlədikdən sonra hər zaman dəhşətli yorğunluq və laqeydlik hiss edirsiniz.

Bəzən enerji vampirini siz daha yaxın ətrafda tapa bilərsiniz. Yaxınlarınızdan heç kim sizdən daha çox enerji sormağı və zərər verməyi qarşısına məqsəd qoymur. Bu, şüuraltı səviyyədə baş verir. Birlikdə yaşamağın müsbət tərəfləri odur ki, zəruri hallarda ailə üzvləri bizi avtomatik olaraq "enerji" ilə "qidalandırır".

Evli cütlüklərin enerji balansının nə qədər ahəngdar olmasına baxmayaraq, heç kim gözlənilməz uğursuzluqlardan sığortalanmayıb. Həyəcanlanmış qadınlar həyat yoldaşının vəziyyətində narahatlıq sezir, amma məsələnin nə olduğunu anlamırlar. Bir çox hallarda kişilər münasibtələrə daha az şəxsi enerji sərf etməyə başlayanda, qadınlar elə düşünür ki, həyat yoldaşının sevgisi tükənib.

Həyəcan siqnalı qaldırmağa və şikayət etməyə tələsməyin. Bu dəyişikliklərin nə ilə bağlı ola biləcəyini düşünün: bəlkə əriniz işdə yorulub və ya səhhəti pisləşib, yaxud da səbəb işdə hər hansı böhran vəziyyəti və qohumlar arasında yaranmış narazılıqlardır. Odur ki, kişi tez-tez istirahət etmək, psixoloji rahatlıq və ya təklik tələb edir. Ona kömək edin.

Qalmaqal isə bir insanın həyat enerjisini sormaq üçün ən etibarlı bir üsuldur. Söz-söhbət nəticəsində yaranan boşluq təhqiramiz sözlərin mübadiləsi ilə deyil, qışqıran adamın əhəmiyyətli miqdarda güc itkisi ilə bağlıdır. Əgər münaqişələrin müntəzəm təşviqatçısınızsa, əminliklə demək olar ki, siz əriniz, oğlunuz, atanız və s. şəxslərin enerjisi ilə “bəslənirsiniz”.

Bir çox ailələrdə qalmaqalların baş vermə səbəbi ər-arvadın enerji mübadiləsinin başqa bir üsulunu bilməməsi ilə izah edilir.

Həyatın rəngi

3-4 yaşadək olan uşaqlar müəyyən bir risk qrupu kimi təsbit edilə bilər: onların enerji təhlükəsizliyi aşağı səviyyədədir və valideynlərin ruhi vəziyyətindən çox asılıdırlar. Lakin o da həqiqətdir ki, uşaqlar enerji balansını böyüklərdən daha sürətli bərpa edirlər.

Bionerji mütəxəssisləri uşaqlar və yeniyetmələrin yaşlı insanlarla birlikdə çox vaxt keçirməsini tövsiyə etmir, çünki nadir hallar istisna olmaqla yaşlılar böyük bir enerji çatışmazlığına məruz qalır və onu avtomatik olaraq asan əldə bilən insanlardan özünə çəkir. Əgər uşaq əsassız olaraq zəif və solğun hala düşübsə, bunun səbəbi enerji vampiri ilə əlaqəli ola bilər.

Cinsi əlaqə sağaldır

Enerji qurbanı və ya vampiri olmamaq üçün enerji potensialına diqqət yetirmək, müntəzəm olaraq artırmaq, emosiya və iş yükünə nəzarət etmək və daimi olaraq heç olmasa bir az müsbət təəssüratların olmasına diqqət etmək lazımdır.

Doğru enerji balansını bir neçə yolla saxlamaq olar. Məsələn, istirahət, yoqa, meditasiya yardımı və s. İlahi qüvvələrə müraciət etmək üçün dua, dini rituallar və digər üsullar da çox güclüdür. Yeri gəlmişkən, seks enerji mübadiləsinin ən qədim üsullarından biridir.

İn və yanın birləşməsi çox xüsusi hormonlar yaradır. Serotonin hər iki tərəfdə xoşbəxtlik hormonları artırır, bunun nəticəsində özünə güvən yüksəlir.

Paradoksal olsa da, fiziki məşqlər də enerji səviyyəsini artırır. Əsas odur ki, həddi aşmayın. Mümkünsə torpaqda ayaqyalın, tonqala və axan suya baxın, tez-tez təbiət gəzintilərinə çıxın. Ağaclar və çiçəklər ilə ünsiyyət daxili rahatlığı və harmoniyanı bərpa edir.

Futbol, pivə və duş

Daimi enerji çatışmazlığını doldurmaq üçün köhnə, sübut olunmuş yolları sınaqdan keçirin. Məsələn, ev heyvanı almaq və ya evinizi çiçəklərlə bəzəmək çox effektlidir. Hər hansı bir bitki (lion gülü, orxideya və digər bataqlıq gülləri istisna olmaqla) və ev heyvanları yalnız gözü oxşamır, həm də ruhu sağaldır.

Dostlarla ünsiyyətə yatırılan enerji də itirmir. Bənzər fikirli insanlar eyni ritmdə işləyir, bir-birlərini sakitləşdirir və tamamlayır. Odur ki, rəfiqələrlə görüş sağlamlıq üçün əhəmiyyətlidir, eyni ilə ərinizin futbola, pivəyə və saunaya ehtiyac duyduğu kimi.

Kiçik hobbi və evin bir küncündə özünüz üçün ayırdığınız, heç bir kənar təsirlər olmayan guşə haqqında unutmayın. Bu, hətta adi bir kreslo ola bilər.

Bəs enerji vampirinin hücum hədəfi olmamaq üçün nə etməliyik?

Əvvəlcə aranızda bir maneə qoymağa çalışın. Bir stul, bir ağac və s. ola bilər. Narahatlıq hiss etməyə davam edirsinizsə, aranızdakı məsafəni artırın.

Əgər ayağa qalxan zaman təhlükənin qarşısını ala bilmirsinizsə, ya qollarınızı çarpaz qatlayın, ya ayaqlarınızı bükün və yaxud barmaqlarınızı X şəklində tutun. Qarşı tərəfi qıcıqlandırmamaq üçün bu işarəni ya cibinizdə, ya da kürəyinizin arxasında edin. Qədim inanclar bəzən çox effektli olur.

Enerji sızıntısını dərhal dayandırmaq üçün hər hansı bir yol yoxdursa, bu prosesi şüurlu olaraq təkrar edin. Məsələn, zehni olaraq sevdiklərinizə qəzəb yox, məhəbbət göndərin. Ananız və ya qəzəbli əriniz haqqında düşənərək ona "Mən səni sevirəm və yalnız yaxşılıq diləyirəm" deyin. Nə qədər qəribə olsa da, işləriniz yoluna düşməyə başlayacaq, bədbəxtlik sizdən dərhal uzaqlaşacaq və qəzəb azalacaq. Sevgini bölüşməklə bir şey itirməyəcəksiniz: nə qədər çox sevgi versəniz, bir o qədər sevgi və daha çox qazanc əldə edirsiniz.

Bioenergetiklər iddia edir ki, nöqsanlarımız üzük və ilmələrdir. Enerji vampirləri onları öz buynuzlarına keçirərək enerjimizi sorur. Əgər ələ keçirməyə heç nə yoxdursa, enerji itkisi də yoxdur. Odur ki, mehriban, səmimi, gülərüz və qayğıkeş olmaq, həm də öz enerji təhlükəsizliyinizi təmin etmək deməkdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəvələr haqda maraqlı məlumatlar
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...
Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bakıda mənzildən çürümüş        meyit     tapıldı