Qaynar xətt:

(+99450) 247 90 86

Avropa diplomatiyasının rəhbəri İsraili BMT sisteminə hücumda ittiham edib

DÜNYA

114

17.10.2024, 20:53

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İsraili BMT sisteminə hücumda ittiham edib.

 

Oxu24.com  bu barədə TASS-a istinadən məlumat yayıb.

"BMT İsrail hökuməti tərəfindən bütün cəbhələrdə hücuma məruz qalır", deyə  Borrell deyib.

Avropa diplomatiyasının rəhbərinin sözlərinə görə, BMT-nin Baş katibi Antonio Quterreş İsrail hakimiyyəti tərəfindən “anti-semit kimi qəbul edilir” və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) “terrorçu” hesab olunur.

Borrell əlavə edib ki, “bütün BMT sistemi İsrail tərəfindən hücuma məruz qalır."

Diplomat həmçinin ümid etdiyini bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri assosiasiyanın sammitində “İsrailin BMT əməkdaşlarına hücumlarını qəti şəkildə pisləyəcəklər”.

Bundan əvvəl İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin İsrail hərbçiləri tərəfindən atəşə tutulmasının gözdən yayınma olduğunu bildirib.

 

Miri