Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120434
az

Rusiya onları ölkədən qovur

13:2117 Oktyabr, 2024
49
DÜNYA
  • A

“Qanunsuz” əməliyyatının ikinci mərhələsi çərçivəsində iki mindən çox xarici vətəndaş Rusiyadan çıxarılıb.

Oxu24.com xəbər verir  ki, bu barədə TASS-a Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

İdarədən onu da əlavə ediblər ki, əməliyyat çərçivəsində 20 deportasiya qərarı qəbul edilib. İndiyədək 12 nəfər ölkədən çıxarılıb.

Daxili İşlər Nazirliyi qeyd edib ki, həyata keçirilən işlərin nəticələrinə əsasən daxili işlər orqanlarının əməkdaşları tərəfindən 13 mindən çox miqrasiya qanunvericiliyinin pozulması faktı müəyyən edilib. 10 mindən çox əcnəbi məsuliyyətə cəlb edilib.

“Qanunsuz 2024” əməliyyatının ikinci mərhələsi zamanı Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin istintaq orqanları qanunsuz miqrasiyanın təşkilinə görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddələri ilə 420 cinayət işi açıblar”, - deyə nazirlikdən bildirilib. 

Bir gün əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin 2024-cü ilin yeddi ayı ərzində qeyri-qanuni miqrasiyanın təşkili ilə bağlı cinayətlərin sayının 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə artdığını bildirib. O,əlavə edib ki, bu il də miqrantlar arasında sənədlərin saxtalaşdırılması ilə bağlı 4600 fakt qeydə alınıb ki, bu da ötən illə müqayisədə 16,5% çoxdur.

Əvvəllər Rusiya hökuməti miqrantların müvəqqəti yaşaması üçün kvotanı demək olar ki, iki dəfə azaldıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ öz vətəndaşlarını Belarusu dərhaltərk   etməyə    çağırdı
Suriya hava məkanı İran     təyyarələrinə     bağlandı
İstanbul aeroportunda maraqlı hadisə- Video

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+