Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120417
az

Gədəbəydə müəllimlə sektor müdiri arasında mübahisə -RƏSMİ AÇIQLAMA (VİDEO)

12:2917 Oktyabr, 2024
105
  • A

Sosial şəbəkədə müəllimlə təhsil sektorunun müdiri arasında mübahisəni əks etdirən video yayımlanıb. 

Məsələ ilə Qazax-Tovuz Regional Təhsil İdarəsindən cavab olaraq bildirib ki, 16 sentyabr 2024-cü il tarixində Gədəbəy rayonu üzrə təhsil sektorunun müdiri Elməddin Zeynalzadənin xidməti otağına daxil olaraq onun icazəsi olmadan video çəkiliş aparılıb:

"Təəssüf hissi ilə bildiririk ki, qeyd olunan hərəkətlərə yol verən şəxs Gədəbəy rayon İnəkboğan kənd tam orta məktəbinin tarix müəllimi Validə Cəfərovadır. Validə Cəfərova ona ayrılan dərs saatlarının az olduğunu iddia edərək artırılmasını tələb edib. Bildiririk ki, Validə Cəfərova diaqnostik qiymətləndirmədə ixtisası üzrə topladığı bala uyğun olaraq dərs saatı ilə təmin edilib.  Qeyd edirik ki, Validə Cəfərova “Təhsilverənlərin etik davranış Qaydaları”nın prinsiplərini pozduğuna görə barəsində məktəb direktoru tərəfindən intizam tənbeh tədbiri görülüb.

Məsələ Agentlik tərəfindən nəzarətə götürülüb, hazırda bu istiqamətdə araşdırma aparılır". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarda bu 3 meyvəni qətiyyən yeməyin - Diqqət!
1 həftə qaldı - 4 bürc pul yağışına tutulacaq
Çayın yanında iki dənəsini yeyin - Enerji verəcək

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı