Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120411
az

"Makron hörmətsizlik edib" -Netanyahudan İRAD

11:5617 Oktyabr, 2024
45
DÜNYA
  • A

"Fransa prezidenti Emmanuel Makron İsrail dövlətinin BMT-nin qətnaməsi əsasında yarandığını bəyan etməklə hörmətsizlik nümayiş etdirib".

Oxu24.com  xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. 

"Bu, tarixdən xəbərsizliyi və hörmətsizliyi göstərir. BMT yəhudi xalqının dövlət hüququnu tanıdı, lakin təbii ki, onu yaratmadı. BMT 1948-ci il müharibəsində iştirak etməyib, lakin Holokostdan və Vişi rejimindən sağ çıxan insanlar iştirak edib. Sonuncu halda söhbət İkinci Dünya Müharibəsi zamanı alman işğalı dövründə fəaliyyət göstərən Fransanın kollaborsionist hökumətindən gedir. Buna görə də BMT-nin İsrail dövlətini yaratdığını söyləmək tarixin üzücü təhrifidir”, - Netanyahu “Le Figaro” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsrail Müstəqillik Müharibəsi nəticəsində dövlətçilik əldə edib.

Daha əvvəl “Le Parisien” qəzeti mənbələrə istinadla yazıb ki,  Nazirlər Şurasının qapalı iclasında Makron "Netanyahu BMT-nin qətnaməsi əsasında ortaya çıxan yəhudi dövlətinin yaranma şəraitini xatırlamalıdır", - deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aktauda qəzadan sağ çıxanlardan biriməşhur alimin qızı imiş - FOTO
Pilot təyyarəni niyə dənizə endirməyib?- AÇIQLAMA
Serbiyada etiraz       aksiyası       keçirilir

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı