Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120388
az

Əzgil bu xəstəliklərə dərmandır

09:5217 Oktyabr, 2024
87
  • A

Əzgil çox faydalı meyvədir. Əzgilin tərkibi olduqca zəngindir. Bu meyvədə C,A, B1, B2, B3, B6, B9 vitaminləri, kalium, dəmir, maqnezium, yod, kalsium, fosfor, selen, sink, orqanik turşular, pektin və s. kimi faydalı maddələr var.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, əzgil qədimdən təbii dərman kimi də istifadə olunur. Kal əzgil ishalı, dəymiş əzgil isə qəbizliyi müalicə edir.

Fitonsidlərlə zəngin olan əzgil nəfəs yollarının iltihabları və bronxial astma zamanı çox faydalıdır.  Qədimdə xalq təbibləri əzgil lətinin balla qarışığı ilə öskürək, bronxit, astma və digər xəstəlikləri müalicə edirdi.

Bu qarışıq həmçinin ürək və qaraciyər üçün də çox faydalıdır - qaraciyəri möhkəmləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi aşağı salır. Əzgilin lətini eyni miqdarda balla qarışdırın və gündə 2 dəfə 1 x.q. olmaqla qəbul edin.

Əzgilin yarpaqları da müalicəvi xüsusiyyətlərə malikdir. Yarpaqların dəmləməsi nəfəs yollarını çox yaxşı təmizləyir, bəlğəmi durulaşdırır, iltihabları azaldır. Dəmləməni hazırlamaq üçün 1 x.q. yarpaqları 1 stəkan suda 30 dəqiqə dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balıq artıq tavaya yapışmayacaq - illərdir gizlədilən sirr
Damarlardan xolesterini təmizləmək üçün- nə içmək lazımdır?
Bu yağlar ürək xəstəliyi və xərçəngə səbəb ola bilir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb