Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120378
az

Kirayəni öldürdüyü qadının protez dişlərini sataraq ödəyibmiş...

23:2516 Oktyabr, 2024
97
KRİMİNAL
  • A

Tovuzda kirayə qaldığı evin sahibi, 1952-ci il təvəllüdlü İntizar Bağırovanı qətlə yetirən şəxslərin məhkəmə prosesi başa çatıb.

OXU24.COM xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Aynaz Alıyeva və həmyaşıd olan sevgilisi Elçin Əliyevə hökm oxunub.

Hökmə əsasən, A.Alıyeva 12 il, qeyri-rəsmi münasibətdə yaşadığı E.Əliyev isə 2 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin mayında baş vermiş cinayət hadisəsinin təfərrüatına gəlincə, Aynazla Elçin 71 yaşlı qadının evində kirayə qalan zaman onun cəmi dəyəri 400 manat olan qızıl üzüklərini və 500 manat məbləğində diş protezini oğurlayıblar.

Qadın bundan xəbər tutan zaman tərəflər arasında mübahisə yaşanıb. Mübahisə zamanı isə Aynaz Alıyeva yaşlı qadını pilləkəndən itələyib, daha sonra ona dəmir parça ilə zərbələr endirib. Bu isə İntizar Bağırovanın ölümünə səbəb olub.

Qeyd edək ki, cinayətdə iştirak edən cütlük qadının diş protezini cəmi 75 manata satmağa müvəffəq olublar ki, bunun da 50 manatını İntizar Bağırovaya kirayə haqqı kimi ödəyiblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib