Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120373
az

Pensiyalar neçə faiz artacaq? - Millət vəkili AÇIQLADI

20:3116 Oktyabr, 2024
282
CƏMİYYƏT
  • A

2025-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə gəlirlər 0,6% artacaq, xərclər isə 0,2% azalacaq. Həmçinin İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqının yenidən artırılacağı bildirilmişdi.

Bəs gəlirlərin artması minimum əməkhaqqının artım məbləğinə də təsir edəcəkmi?  

Oxu24.com xəbər verir  ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-deputat Vüqar Bayramov bildirib ki, hələlik təkliflər təqdim olunmadığı üçün artımların hansı faizdə olacağını proqnozlaşdırmaq mümkün deyil:

“Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər iki istiqamət üzrə təkliflərin hazırlanması prosesi başa çatmaq üzrədir, gələn ayın 1-dək təqdim ediləcəyi gözlənilir. Bundan sonra minimum əməkhaqqı və pensiyanın artım faizini müzakirə etmək mümkün olacaq. Bununla belə, 2025-ci ilin sosial təminat və sosial müdafiə xərcləri 2024-cü il ilə müqayisədə 14 faiz artacaq. Yəni gələn il sosial istiqamətə daha çox büdcə ayrılacaq. Bu da öz növbəsidə sosial paketin dərinləşməsi üçün imkanlar yaradır”. 

Millət vəkili sonda qeyd edib ki, artımlara bağlı artıq işlər görülür, büdcə müzakirələrində hansı faizlərlə artımın olacağı müəyyənləşəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən zərərli şorba - hər gün iştahla yeyirik
Karnitin zərərlidir?
40 yaşından sonra bütün kişilərin qəbul etməli olduğu 6 vitamin

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+