Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120365
az

Kirayəni öldürdüyü qadının protez dişlərini sataraq ödəyibmiş...

19:5016 Oktyabr, 2024
60
KRİMİNAL
  • A

Tovuzda kirayə qaldığı evin sahibi, 1952-ci il təvəllüdlü İntizar Bağırovanı qətlə yetirən şəxslərin məhkəmə prosesi başa çatıb.

 Gəncə Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Aynaz Alıyeva və həmyaşıd olan sevgilisi Elçin Əliyevə hökm oxunub.

Hökmə əsasən, A.Alıyeva 12 il, qeyri-rəsmi münasibətdə yaşadığı E.Əliyev isə 2 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin mayında baş vermiş cinayət hadisəsinin təfərrüatına gəlincə, Aynazla Elçin 71 yaşlı qadının evində kirayə qalan zaman onun cəmi dəyəri 400 manat olan qızıl üzüklərini və 500 manat məbləğində diş protezini oğurlayıblar.

Qadın bundan xəbər tutan zaman tərəflər arasında mübahisə yaşanıb. Mübahisə zamanı isə Aynaz Alıyeva yaşlı qadını pilləkəndən itələyib, daha sonra ona dəmir parça ilə zərbələr endirib. Bu isə İntizar Bağırovanın ölümünə səbəb olub. 

Qeyd edək ki, cinayətdə iştirak edən cütlük qadının diş protezini cəmi 75 manata satmağa müvəffəq olublar ki, bunun da 50 manatını İntizar Bağırovaya kirayə haqqı kimi ödəyiblər.(Qafqazinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kişini döyüb öldürdülər
Polisin tutduğu 35 yaşlı qadının şok əməli üzə çıxdı
Şəkidə məktəbli intihar edib

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər