Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120349
az

Vidadi İsgəndərlinin qətlini kim sifariş edib?- Sensassion ad

16:5216 Oktyabr, 2024
1064
REDAKTORUN SEÇİMİ
  • A

AXCP-də olan dostlar, dost olmayanlar yəqin bir az utanacaqlar. Biz bilirik ki, Vidadi İsgəndərlini mənim üstümə sürdürənlər onlar idi. Bu çox aydın üzə çıxdı. Nə yazıq ki, Vidadi İsgəndərlinin son videoları hakimiyyətə qarşı yox, mənə və digərlərinə həsr olunmuşdu.

Oxu24.com  Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri Osmanqızı TV-nin rəhbəri, ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı bildirib.

O, Yutub üzərindən yayımladığı proqramda AXCP və dolayısı ilə Əli Kərimli haqda sərt ittihamlar səsləndirib. Fransada yaşayan, bir neçə gün öncə naməlum şəxslər tərəfindən öldürülən Vidadi İsgəndərlini qızışdırıb onu söydürdüyünə görə Xalq Cəbhəsinin rəhbərliyi haqda qınayıcı sözlər işlədib. Həmçinin çox sərt və açıq formada Əli Kərimlini söyüş müxalifətinin əsas ideyavericisi kimi təqdim edib.

S.Osmanqızı deyib ki, onu Vidadi İsgəndərlinin vasitəsilə AXCP rəhbərliyi söydürüb. Jurnalistin sözlərinə görə, bunu V.İsgəndərlinin öldürülməsində iz itirmək üçün ediblər. O bildirib ki, indi də belə təbliğat aparılır ki, Vidadi İsgəndərlini guya o öldürdüb:

“AXCP-nin bunda marağı nə idi? Onlar bu prosesdə rol almışdılarmı? Bilirdilər ki, onlardan istifadə olunur? Yoxsa bundan xəbərsiz idilər?”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ana və qızı həbs edildi - İntim söhbət...
Xeyrullah Hümbətov vəfat etdi
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi