Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120302
az

Qriqorçuk “Neftçi”dən ayrılmasından danışdı

12:5616 Oktyabr, 2024
84
İDMAN
  • A

Roman Qriqorçuk ilk dəfə olaraq “Neftçi”dən gedişini şərh edib.

Oxu24.com  xəbər verir ki, ukraynalı mütəxəssis Azərbaycana yollanarkən qarşısına böyük hədəflər qoyduğunu bildirib: “Mən “Neftçi” rəhbərliyinə təşəkkürümü bildirirəm.

Azərbaycana gedərkən məqsədim “Neftçi”ni çempion etmək və Çempionlar Liqasında oynamaq idi. Məhz bunun üçün ora yollanmışdım. Lakin 9 turdan sonra “Neftçi” bir oyunda belə qələbə qazanmadı. Belə vəziyyətdə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verməli olduq. 9 turdakı nəticələrdən sonra başqa bir variant bilməzdi. Artıq Ukraynada, evimdəyəm. “Neftçi”yə isə hər şeyin ən yaxşısı və qarşıya qoyulan hədəflərə çatmağı arzulayıram”.

“Футбол 2.0” yutub kanalına danışan R.Qriqorçuk gələcək planlarından da söz açıb: “Prioritet olaraq Ukraynada qalmaq istəyirəm. Buna qədər də eyni fikirdə idim. Sadəcə Azərbaycana səfər istisna oldu. Əslində, bu, əvvəldən planlaşdırılmamışdı. Anidən “Neftçi” variantı yarandı. İdeyalarımı, layihələrimi reallaşdırmaq istəyirəm”.

Xatırladaq ki, ilk dövrədə “Neftçi” Qriqorçukun rəhbərliyi altında 9 oyunda qələbə qazana bilməyib. Bu səbəbdən də klub rəhbərliyi ukraynalı mütəxəssislə yollarını ayırıb. Qriqorçuku baş məşqçi postunda Samir Abasov əvəzləyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Barselona"nın vitse-prezidenti     istefa   verdi
AFFA-nın yeni inkişaf     strategiyası     açıqlandı
Cenk Tosun “Fənərbağça”dan       ayrılmağa      hazırlaşır

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib