Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120287
az

Bloqer Cəmil qadınları görüntüləri ilə şantaj edirmiş- 6 il həbs verildi

11:5316 Oktyabr, 2024
94
  • A

Bakıda qadınlara hədə-qorxu gələrək pul tələb etmədə təqsirləndirilən bloqer Cəmil Quliyevə hökm oxunub.

Oxu24.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə C.Quliyev Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb tələb etmə) maddəsinin 3 bəndi üzrə təqsirli bilinib.

Qeyd olunub ki, Cəmil Quliyev sosial şəbəkə və digər vasitələrlə tanış olduğu, eyni zamanda pul qarşılığında onunla münasibətdə olan qadınları şantaj edib. O, həmin qadınlarla görüşərək münasibətdə olub, həmçinin digər yollarla əldə etdiyi görüntüləri paylaşmaq, onları rüsvay etmək adı ilə hədə-qorxu gələrək pul tələb edib. Bu yolla o, zərərçəkmiş şəxslərdən birindən 6.800, digərindən 2400 manat alıb.

Zərərçəkmiş qadınlardan biri model kimi tanınan şəxs olub.

Məhkəmənin 14 oktyabr tarixli hökmü ilə Cəmil Quliyevə 6 il həbs cəzası verilib.

Qeyd edək ki, C.Quliyev instaqram və tiktok sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesabla tanınıb.

O, qeyd edilən cinayətdən əvvəl narkotik vasitədən istifadəyə görə 2 aylıq həbs də olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto
Bank kartından 5000 manat oğurladı,      saxlanıldı
Emin İbrahimovun    məhkəməsi     başladı

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto