Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120259
az

Azərbaycanda texniki baxış ləğv olunur? - Yeni prosedura görə...

00:2015 Oktyabr, 2024
37
MANŞET
  • A

Son illərdə bir çox ölkələr avtomobillərin texniki baxışını ya tamamilə ləğv edir, ya da bu proseduru sadələşdirir. Bu tendensiya əsasən, texniki baxışın müasir avtomobillərin təhlükəsizlik standartlarına uyğun olaraq lazım olmaması arqumenti ilə izah olunur. Azərbaycanda isə avtomobillərin texniki baxışı hələ də məcburi olaraq qalır, lakin onun ləğvi və ya yenidən tənzimlənməsi ilə bağlı müzakirələr bəzən gündəmə gəlir.

OXU24.COM  xəbər verir ki, hazırda Azərbaycanda avtomobillərin texniki baxışı qanunla müəyyən olunmuş şəkildə iki ildən bir həyata keçirilir. Bu prosedur zamanı avtomobilin mühüm texniki göstəriciləri yoxlanılır.

İlk növbədə texniki baxışın ləğv olunduğu ölkələrə nəzər salaq: vakansiyalar

Amerika Birləşmiş Ştatları (bəzi ştatlar) - ABŞ-də texniki baxış sistemi ştatlara görə fərqlənir. Bəzi ştatlar, xüsusilə Kaliforniya, Arizona və Montana kimi ştatlar texniki baxışı tamamilə ləğv edib və ya çox sadələşdiriblər. 2025-ci ilin yanvarından etibarən isə Texas ştatında da texniki baxış ləğv olunacaq.

Rusiya - 2021-ci ildən etibarən Rusiyada yeni qanun qəbul edilib və texniki baxış bəzi nəqliyyat vasitələri üçün ləğv olunub. Şəxsi minik avtomobilləri və motosikletlər müəyyən şərtlər daxilində texniki baxışdan azad edilib. Yalnız kommersiya nəqliyyat vasitələri üçün texniki baxış məcburi olaraq qalır.

Kanada (bəzi əyalətlər) - Kanadada texniki baxış bəzi əyalətlərdə tamamilə ləğv edilib və ya çox sadələşdirilib. Məsələn, Britaniya Kolumbiyasında texniki baxış tələbi yoxdur, yalnız xüsusi nəqliyyat vasitələri yoxlanılır.

Yuxarıda qeyd olunduğu kimi, daha bir neçə Avropa ölkələrini bu siyahıya misal olaraq çəkmək olar.

Maraqlıdır, ölkəmizdə də bu proses reallaşa bilərmi? Ümumiyyətlə, avtomobillərin texniki baxışlarının ləğv olunmasına ehtiyac varmı?

Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Aslan Əsədov Ajans.az-a bildirib ki, Texniki baxışın ləğv edildiyi və ya sadələşdirildiyi ölkələr əsasən inkişaf etmiş və avtomobil texnologiyalarında yüksək standartlara malik ölkələrdir:

“Bu proses dünyanın müxtəlif ölkələrində müxtəlif şəkildə həyata keçirilir. ABŞ, Çin hətta Gürcüstanda belə texniki baxışın prosedurlarında müəyyən sadələşdirilmələr var. Azərbaycanın da bununla bağlı hər hansı adım atma imkanı var. Bu əslində ölkəmizdə realdır. Hər bir nəqliyyat vasitəsi texniki baxış keçirən zaman onun müəyyən dərəcədə texniki xüsusiyyətlərini servis xidmətləri həyata keçirir. Onların isə təqdim etdiyi arayış Dövlət Yol Polisinin tələblərinə cavab verməlidir və o gözləntilərə uyğun olmalıdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda bu tendensiya bir az fərqlidir. Onun sözlərinə görə, bunun əsas fərqi ondadır ki, nəqliyyat vasitələri texniki baxışın xüsuiyyətlərini özündə ehtiva etməlidir:

“Bu proses, təbii ki dövlətin nəzarətindədir və dövlət tərəfindən tənzimlənir. Onun ləğv olunması ilə bağlı yekun qərarı da dövlət verə bilər. Texniki baxışın ləğv edildiyi və ya sadələşdirildiyi ölkələr əsasən inkişaf etmiş və avtomobil texnologiyalarında yüksək standartlara malik ölkələrdir. Bu ölkələr yol təhlükəsizliyinə və avtomobil parkının yenilənməsinə daha çox diqqət yetirdikləri üçün texniki baxışın bəzi hallarda ləğv olunmasını mümkün görüblər”.

Aslan Əsədov əlavə edib ki, bu məsələ ilə bağlı bəzi təkliflər, yeni və müsbət fikirlər irəli sürüb prosesi daha da asanlaşdırmaq olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi