Bu gecə 01:00-dan 07:00-a qədər “Azericard” prosessinq mərkəzində təkmilləşdirmə işləri aparılacaq.
OXU24.COM "Operativ Media"ya istinadla xəbər verir ki, qeyd edilən müddət ərzində 15-ə yaxın bankın kartında əməliyyatlar zamanı məhdudiyyətlər yarana bilər.
Qeyd edək ki, “Azericard”ın tərəfdaşları siyahısına ABB, Pasha Bank, Xalq Bank, Bank Respublika, Yelo Bank, Rabitə Bank və başqa banklar daxildir.
Oxu24.com
ŞƏRHLƏR