Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120246
az

Fidan İsraili boykot etməyə çağırıb

23:2715 Oktyabr, 2024
115
DÜNYA
  • A

Türkiyənin xarici işlər naziri Hakan Fidan beynəlxalq ictimaiyyətin “İsraili boykot etməli və ona qarşı sanksiyalar tətbiq etməlidir” deyib.

“Biz elə bir məqama çatmışıq ki, bundan sonra sözlər, diplomatiya və beynəlxalq siyasət mənasızdır. Biz sanksiyalar tətbiq etməyə başlamalıyıq”, - deyə Fidan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Fələstinlə bağlı təşkil etdiyi toplantıda bildirib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, BMT Təhlükəsizlik Şurası İsrailin Qəzza zolağında və Livanda hərbi əməliyyatlarını dayandırmaq üçün tədbirlər görmür.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədən ABŞ-a ƏZƏLƏ NÜMAYİŞİ -Hərbi təyyarələr geri qaytarıldı
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi
Ermənistanda Rusiyanın 102-ci bazasının hərbi qulluqçusunun meyiti tapılıb