Çində bir kişi gecə tualetə getmək üçün oyanıb və qapısının ağzında yatmış ayı görüb.
Oxu24.com xəbər verir ki, bu barədə Mirror yazır.
Tibetdə yaşayan bir kişi gecə tualetə getdiyini və qapısının qarşısında yatmış ayı tapdığını bildirib.
Məlum olub ki, çinli yatarkən heyvan onun yeməyini yeyib və isti otaqda yuxuya gedib.
Çinlilər ayını qovmağa çalışsalar da, bu alınmayıb.
Sosial şəbəkə istifadəçiləri bu hadisəyə reaksiya veriblər. Bəzi şərhçilər vəziyyətə yumorla reaksiya verərək evdə it əvəzinə ayı saxlamaq olar deyərkən, digər müzakirə iştirakçıları isə belə hallarda polisə müraciət etməyi məsləhət görüblər.
Nigar
Oxu24.com
ŞƏRHLƏR