ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə uduzmaq barədə düşünmək istəmədiyini bildirib.
Oxu24.com xəbər verir ki, bu barədə o, Bussin YouTube kanalında məlumat verib.
"Mən bu barədə düşünmək belə istəmirəm", deyə siyasətçi bildirib.
Trampın sözlərinə görə, o, ABŞ seçkilərində qalib gəlmək üçün hər şeyi edir.
Bundan əvvəl Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov bildirmişdi ki, Demokratlar Partiyasının namizədi Kəmalə Harrisin ABŞ-da keçiriləcək prezident seçkilərində məğlub olması ölkədə zorakılığın və vətəndaş qarşıdurmasının artmasına səbəb ola bilər.
Onun sözlərinə görə, seçki ehtirasları və Harrisin tərəfdarlarının onun rəqibi Donald Trampa qarşı siyasi nifrəti ABŞ-ı “vətəndaş müharibəsi psixologiyası”na yaxınlaşdıran gərgin atmosfer yaradır.
Bundan əvvəl Tramp İrana qarşı müdafiə üçün hərbi texnika istəyib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR