Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120231
az

İsrail,yoxsa,İran?— İsrailin İranda olmayan nəyi var? - DETALLAR

18:1715 Oktyabr, 2024
3120
ÖZƏL BÖLÜM
  • A

İsrail və İran arasında gərginliyin pik həddə çatdığı bir zamanda hər iki ölkənin hərbi gücü gündəmə gəlib. Hər iki ölkə rəsmi şəkildə bir-birlərinə açıq şəkildə hücumla bağlı təhdidlər edir. Bəs hansı ölkə hərbi cəhətdən güclüdür? Kimin,nəyi var?

Oxu24.com saytı bununla bağlı hərbi mənbələrə istinadən araşdırma aparıb.

Başlayaq əhali sayından. İsrail əhalisinin sayı 9 milyondan bir qədər artıqdır. İranda bu rəqəm 88 milyonun üstündədir.

Kimin pulu çoxdur?

İsrailin dövlət büdcəsi 522 milyard dollardır. Bu rəqəm İranda 389 milyard dollara bərabərdir.

Kim orduya daha çox pul verir?

İsrailin hərbi xərcləri 24.4 milyard dollardır.Bu rəqəm İran tərəfdə 10 milyard dollardır.

Kimin əsgəri çoxdur?

İsrail ordusunda döyüşə biləcək şəxslərin sayı 170 000 nəfərdir.Onlardan hazırda xidmət edən hərbçilərin sayı 35 min nəfərdir.İranda bu rəqəm müvafiq olaraq 610 000 və 220 000 nəfərlə ifadə olunur.

Kimin ehtiyat qüvvəsi çoxdur?

israilin ehtiyatda 465 000 nəfər,İranın isə 350 000 nəfər əsgəri var.

Kimin silahı daha güclüdür?

İsrailin 1100 ədəd artilleriyası olduğu halda İranda bu rəqəm 3405-dir.

İsrailin 1370 tankı,İranın isə 1996 tankı var.

Havada kim güclüdür?

612 ədəd təyyarə İsraildə,551 ədəd döyüş təyyarəsi İranın var.67 hərbi gəmi İsrailin,101 hərbi gəmi İranın var.5 sualtı qayıq İsraildə,19 sualtı qayıq İranda var.

Bəs dünyada bu ölkələr hərbi gücünə görə neçəncidir?

Döyüşçü sayına görə İsrail dünyada 92-ci,İran isə 19-cu yerdədir.

Real hərbi gücünə görə İsrail dünyada 22-ci,İran isə 132-ci yerdədir.

Orduya ayrılan pula görə İsrail dünyada 19,İran isə 33-cü yerdədir.

Və ən əsası İsrailin Dəmir Günbəzi var.

Bəs Dəmir Günbəz nədir və necə işləyir?
 

Dəmir Günbəz bütün hava şəraitində fəaliyyət göstərən, yaxınlaşan bir sıra qısa mənzilli silahlardan qorunmaq üçün nəzərdə tutulmuş hava hücumundan müdafiə sistemidir.

O, yaxınlaşan raketləri izləmək üçün radardan istifadə edir və yaşayış məntəqələrinə dəymə ehtimalı olan raketlərlə yaşayış olmayan ərazilərə düşəcək raketləri fərqləndirə bilir.


Bu sistemin İsraildə yerləşən və hər birində üç və ya dörd işəsalma qurğusu olan 10 artilleriya batareyadan ibarət olduğu ehtimal edilir. Hər bir işəsalma qurğusunda isə 20-yə qədər raket mövcuddur.


Dəmir Günbəz 2006-cı ildə İsrail və Livanın cənubunda yerləşən islamçı qrup Hizbullah arasında baş vermiş münaqişədən sonra hazırlanıb.

Həmin vaxt Hizbullah İsrail ərazisinə minlərlə raket ataraq, ölkəyə böyük ziyan vurmuşdu və onlarla vətəndaşı öldürmüşdü.

Bir il sonra İsrail elan etdi ki, dövlətə məxsus müdafiə şirkəti Rafael Advanced Defense Systems yeni raketdən müdafiə qalxanı yaradacaq. ABŞ 200 milyon dollar (340 milyon manat) qrantla sistemin maliyyələşdirilməsinə kömək etdi.

Bu sistem ilk dəfə 2011-ci ildə Həmasın nəzarəti altında olan Qəzza zolağından İsrailin cənubundakı Beer-Şeva şəhərinə atılan raketi vurarkən istifadə edilib.

2019-cu ildə ABŞ özünün Patriot raketdən müdafiə sistemini tamamlamaq üçün Dəmir Günbəz satın alacağını və sınaqdan keçirəcəyini açıqlayıb.

Patriot Dəmir Günbəzlə oxşar formada işləyir, lakin o, qısa mənzilli silahlardan daha çox, ilk növbədə təyyarələri, qanadlı raketləri və ballistik raketləri vurmaq üçün nəzərdə tutulub.

Dəmir Günbəz nə qədər effektlidir?
 

İsrail 2012-ci ildə Dəmir Günbəz artilleriya batareyalarının Həmasın Qəzzadan atdığı raketlərin 84%-ni dəf etdiyini bildirib.

Onlar 573 dəfə cavab verildiyini və 421 raketin məhv edildiyini iddia ediblər.

Bununla belə, 2013-cü ildə Massachusetts Texnologiya İnstitutunun müdafiə üzrə mütəxəsisisi professor Theodore Postol bildirib ki, əslində Dəmir Günbəz hədəflərinin yalnız 10%-ni vurmuş ola bilər: “Və ya ola bilsin ki, bir faizini belə, vura bilməyib”.

2021-ci ildə İsrail ordusu iddia edib ki, Həmas Qəzza zolağından 3000 raket atdığı zaman Dəmir Günbəz 90% müvəffəqiyyət qazanıb.

Hazırkı münaqişə başlayandan bəri Həmas İsrailə etdiyi hücum zamanı 5000 raket atdığını iddia edir, İsrail isə bunun bəlkə də yarısı qədər atıldığını deyir.

İsrail ordusunun bildirdiyinə görə, Dəmir Günbəz onlardan 153-nü ələ keçirib, digərləri isə açıq ərazilərə və ya Qəzza zolağının öz içinə düşüb.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı