Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120220
az

“3+3”ün Türkiyədəki iclasının tarixi açıqlandı

16:3715 Oktyabr, 2024
107
DÜNYA
  • A

“3+3” regional platformasının növbəti iclası oktyabrın 18-də İstanbulda keçiriləcək.

Gent.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ankarada mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb. 

“İclasda bizə Azərbaycan, Ermənistan, Rusiya və İranın XİN rəhbərləri qoşulacaq”, - deyə Hakan Fidan qeyd edib.

Xatırladaq ki, “3+3” platforması Cənubi Qafqaz regionu ölkələrinin və onların qonşularının (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) geniş əməkdaşlığını nəzərdə tutur. Platforma çərçivəsində ilk görüş 2021-ci ilin dekabrında Moskvada baş tutub.

Sözügedən görüşdə Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərinin müavinləri iştirak edib. Gürcüstan iclasda iştirakdan imtina edib. İkinci görüş isə 2023-cü ilin oktyabrında XİN rəhbərləri səviyyəsində İranın paytaxtı Tehranda baş tutub. Gürcüstan bu görüşdə də iştirak etməyib.

Bir müddət əvvəl üçüncü iclasın Türkiyədə keçiriləcəyi açıqlansa da dəqiq tarix məlum deyildi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Uzak Şehir"dəki Fidanın real həyatdakı görkəmi heyrətə gətirdi - FOTO
Belarusda prezident seçkilərində erkən səsvermə başa çatdı
Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı