Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120218
az

Çexiyada bu turistlərə qadağan edildi

16:2215 Oktyabr, 2024
72
  • A

Dünyanın ən turistik şəhərlərindən biri olan Çexiyanın paytaxtı Praqada turizm şirkətlərinin meyxanalarda təşkil etdiyi tədbirlərə qadağa qoyulub.

Oxu24.com  xarici KİV-ə istinadən xəbər verir ki, Praqa Şəhər Şurası, "daha mədəni turistlər" istədikləri üçün pub turlarını ləğv etdiklərini söyləyib. 

Praqa uzun müddətdir izdihamlı barları və spirtli küçə əyləncələri ilə məşhurdur. 

Praqa Bələdiyyə sədrinin müavini Zdenek Hrib axşam və gecə saatlarında bələdçili pub turlarını qadağan etdiklərini söyləyərək, "Yalnız içki içməyə gələn turistlər yerinə daha mədəni və zəngin turistlərə üstünlük veririk" deyib. 

Dünya əhalisinə nisbətən ən çox spirt istehlak edilən ölkə olan Çexiyada keçən il adambaşına 128 litr pivə istehlak edilib. Bir çox yerdə pivənin ucuz olduğu ölkə dünyanın hər yerindən spirtli içki həvəskarlarını da özünə cəlb edir. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Egey dənizində güclü zəlzələ baş verdi
Daha bir ölkə ÜST-dən çıxır
Parisdə bomba həyəcanı

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto