Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120211
az

Qızıl alverçilərinə qarşı 135 min manatlıq dələduzluq edən şəxsin məhkəməsi

15:4415 Oktyabr, 2024
353
KRİMİNAL
  • A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Yadigar Bilalovun məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.

Oxu24.com məlumatına görə, şahid Minarə Bilalova ifadə verib: "Yadigar Bilalovu 8 ildir alver edən bir şəxs kimi tanıyıram. Mən qızıl alveri ilə məşğulam. Gəlib məndən mal götürüb, dediyi vaxtda da gətirib verib. Ümumi dövriyyəmiz 200 mindən çox olub. Mən eşidəndə ki, tutulub, ağladım." 

Digər şahid Elman Hüseynov  Yadigarı 1 dəfə gördüyünü bildirdi: "Mən Baki-Bərdə sürücü işləyirəm. Xuraman xanım mənə qızıl üzük verdi, mən də gətirib Bakıda Yadigara çatdırdım".

İbtidai istintaqa ifadəsində isə Yadigara 3 dəfə qızıl gətirdiyi məlum oldu. 

Cinayət işində 2 nəfər- İbrahimov İlqar David oğlu və Məmmədova Xuraman Mədət qızı tanınıb. Yadigar Bilalov 1-ci şəxsə 95 min, 2-ci şəxsə isə 40 min manat dələduzluq edib. Məlum olub ki, Yadigar Bilalov Moskva Univermağında qızılın alışı-satışı ilə məşğul olub. Dələduzluq etdiyi şəxslərdə elə qızıl alverçiləri olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaxda azyaşlı qızı yük    maşını      vurdu
Ağdaşda     çayxana     yandı
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu