Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120204
az

Yeni yaradılan bölmələr Ordumuzun döyüş potensialını yüksəldəcək-AÇIQLAMA

14:4615 Oktyabr, 2024
96
SİYASƏT
  • A

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb.

Müdafiə Nazirliyindən bildirilib ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir.

Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.

Yeni yaradılan bölmələrlə bağlı “Unikal”a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, daha əvvəl də bir neçə dəfə yüksək intellektə malik hərbi xidmət qulluqçularının müddətli hərbi xidmətlərinin xüsusi bölmələrdə keçirilməsi təklif edilib:

“Belə təkliflərin diqqətə alınması kifayət qədər müsbət bir haldır. Vurğulayaq ki, İntellektual bölmələr Ordumuzun döyüş potensialının yüksəldilməsi məqsədilə yaradılıb.

Yüksək nəticələrlə bakalavr və magistr pillələrində qəbul olunan, həmin pillələri də yüksək nəticələrlə bitirən müddətli hərbi xidmət qulluqçuları ayrıca bir bölmənin tərkibində ilkin hərbi hazırlıq proseslərindən keçəcəklər. Bundan sonra onlar öz ixtisasları üzrə müxtəlif səviyyəli qərargahlarda xidmətlərini davam etdirəcəklər. Həmin şəxslər öz bilik və bacarıqlarını Ordumuzun daha geniş imkanlar əldə etməsi üçün sərf edəcəklər.

Bildiyiniz kimi, müasir texnologiyanın inkişafı Ordumuzda mövcud olan silahların idarə olunmasına da təsirini göstərir. Bu silahların və texnikaların idarə edilməsi isə yüksək intellektə malik şəxsi heyət tələb edir. Digər tərəfdən, artıq bir çox vasitələr artıq süni intellektlə idarə olunur. Hər bir qurumda kibertəhlükəsizliklə bağlı bölmələr yaradılır. 

Hesab edirəm ki, yüksək intellektə malik şəxsi heyətin bu sahələrdə xidmət etməsi onlara həm öz bilik və bacarıqlarını inkişaf etdirməyə şərait yaradacaq, həm də xidmət etdikləri strukturların təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyacaq", - deyə o qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Putin yenə "Oreşnik"lə HƏDƏLƏDİ: "Lazım gələrsə..."
NATO-dan təyyarə qəzası ilə bağlı     ÇAĞIRIŞ
"Hər zaman Azərbaycanın yanındayıq"- Gürcüstan XİN

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü