Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120188
az

Cənubi Koreya ordusu Şimali Koreyaya atəş açıb

13:2615 Oktyabr, 2024
44
DÜNYA
  • A

Cənubi Koreya hərbçiləri KXDR-də yolların bombalanmasına cavab olaraq Koreyalararası sərhədin cənubunda yerləşən ərazidə atəş açıblar.

Oxu24.com xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Komitə qeyd edib ki, Cənubi Koreya silahlı qüvvələri yolda baş verən partlayış nəticəsində heç bir zərər görməyib.

Yolda partlayış bir neçə saat əvvəl məlum olub. Şimali Koreya hərbçiləri iki Koreyanı birləşdirən Gyeonggui və Donghae yollarının hissələrini partladıblar . Bununla bağlı Cənubi Koreya ordusu müşahidə və döyüş hazırlığını artırıb.

Seul baş verənləri iki Koreya arasında quru əlaqəsini tamamilə kəsmək və sərhəddə istehkamlar qurmaq niyyəti kimi qəbul edib.

Oktyabrın 9-da Koreya Xalq Ordusunun (KPA) Baş Qərargahı Şimali Koreya ordusunun Cənubi Koreyaya gedən avtomobil və dəmir yollarını bağlayacağını və KXDR sərhədini qalaya çevirəcəyini bəyan edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Uzak Şehir"dəki Fidanın real həyatdakı görkəmi heyrətə gətirdi - FOTO
Belarusda prezident seçkilərində erkən səsvermə başa çatdı
Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı