Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120174
az

Azərbaycanda elektron siqaretlər qadağan olunacaq? -AÇIQLAMA

12:2015 Oktyabr, 2024
102
CƏMİYYƏT
  • A

"Elektron siqaretlərin insan orqanizminə bilinən və hələlik bilinməyən zərərləri ilə bağlı müxtəlif araşdırmalar aparılır".

Bunu açıqlamasında deputat Tahir Mirkişili deyib. O bildirib ki, elektron siqaretlərin xüsusilə gənclər arasında yayılması və dəb halını alması çox narahatedicidir:

"Mülahizələrə görə, bu növ aludəçilik daha faciəli zərərli vərdişlərə keçid dövrünü formalaşdıra bilir. Artıq bir sıra ölkələrdə maye elektron siqaretlər ya qadağan olunub, ya da məhdudlaşdırılıb. Maye elektron siqaretlərin ölkəmizdə qadağan olunması ilə bağlı məsələ Milli Məclisdə də qaldırılıb. Cəmiyyətdə də əsasən bunun qadağan olunması ilə bağlı fikirlər səslənir. Bizdə olan məlumata əsasən, müvafiq dövlət orqanları araşdırmalar aparır. Araşdırmalar narahatlıqları təsdiq edərsə, hesab edirəm ki, ümumi razılıqla qanuna bu istiqamətdə müvafiq dəyişikliklər təklif etmək olar".

Qeyd edək ki, Kaliforniya Universitetinin alimləri elektron buxarlandırıcıların qan damarlarına daha çox zərər verdiyini müəyyən ediblər. Alimlərin fikrincə, nikotin buxarının inhalyasiyası birbaşa damar sisteminin sürətlə qocalmasına səbəb olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

1 həftə qaldı - 4 bürc pul yağışına tutulacaq
Çayın yanında iki dənəsini yeyin - Enerji verəcək
Ürəyin 1 nömrəli dərmanı bu salatdır

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı