Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120169
az

"Özümdə olmamışam"- Həyat yoldaşının boğazını kəsmək istəyən şəxs

11:5615 Oktyabr, 2024
57
KRİMİNAL
  • A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs İsmayılov Elməddin Üzeyir oğlunun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

 Elməddin İsmayılov öz həyat yoldaşı Xatın İsmayılovanı  öldürməyə cəhd edib. İttiham aktına görə, Elməddin İsmayılov kirayə qaldığı evdə qaynının arvadı Firəngiz Rəsulovanın gözü qarşısında Xatın İsmayılovanın boğazını kəsmək istəyib. Ancaq Firəngiz Rəsulovanın müdaxiləsi nəticəsində niyyətinə nail ola bilməyib və Xatın İsmayılovaya 9 bıçaq zərbəsi vurub

Təqsirləndirilən şəxs hadisəni törədən zaman özündə olmadığını deyib. 

Məhkəmə prosesi oktyabr ayının 29-na kimi təxirə salınıb. 

Xatırladaq ki, hadisə bu il iyun ayının 9-da Bakının Səbail rayonu, 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü İsmayılova Xatın Ehtiram qızı həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.

O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 9 bıçaq zərbəsi vurulub. 

Faktla bağlı Səbail Rayon Prokurorluğunda 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu
Hacıqabulda traktorla maşın toqquşdu- Xəsarət alanlar var (FOTOLAR)
Pirotexniki vasitələr satan daha 7 nəfər saxlanıldı- FOTOLAR

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu