2024-cü ilin sentyabr ayı dünyada ikinci ən isti payız ayı olub.
OXU24.COM xəbər verir ki, bu barədə Avropanın “Kopernik” İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.
Bildirilir ki, sentyabrın orta aylıq temperaturu 16,17 dərəcə olub. Ən isti sentyabr isə 2023-cü ildə olub ki, orta temperatur 16,38 dərəcə təşkil edib.
Qeyd edək ki, orta aylıq norma 30 illik (baza) dövr ərzində bir ayın orta temperaturudur. Cari hesablamalar Ümumdünya Meteorologiya Konqresinin tövsiyələrinə əsasən 1991-2020-ci illər üçün məlumatlar əsasında aparılır.
Oxu24.com
ŞƏRHLƏR