Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120129
az

İrana qarşı yeni sanksiya paketi elan edildi

21:2114 Oktyabr, 2024
94
DÜNYA
  • A

Böyük Britaniya bu gün İranın yüksəkrütbəli hərbi şəxsləri və təşkilatlarına qarşı yeni sanksiya paketini elan edib.

OXU24.COM xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İran İslam Respublikası ordusunun baş komandanı və İranın Ali Milli Təhlükəsizlik Şurasının üzvü Əbdülrəhim Musəvi, İran İslam Respublikası Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahedi, SEPAH sözçüsü Əli-Məhəmməd Naini, SEPAH-ın kəşfiyyat rəisi Məhəmməd Kazemi və daha üç şəxs sanksiyalara məruz qalıb. Onların Britaniyaya səyahətləri qadağa olunub və aktivləri dondurulub.

Bundan əlavə, iki quruma da sanksiya tətbiq edilib.

Ballistik raketlərin hazırlanmasında istifadə edilə bilən kosmik daşıyıcı texnologiyalarını inkişaf etdirən İran Kosmik Agentliyinə və kruiz raketlərində istifadə oluna bilən mühərrik texnologiyalarını layihələndirən və istehsal edən Farzaneqan Hərəkət Sistemləri Dizayn Bürosu adlı quruma sanksiya tətbiq olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Brüsseldə imza atıldı: İrəvan sülh müqaviləsi bağlamaqdan rəsmən imtina etdi -YENİLƏNDİ
Tramp Netanyahunu Ağ Evə dəvət etdi
Tramp CNN müxbirini təhqir etdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU