Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120113
az

Alman hərbçiləri Ukraynanın qələbəsinə inanmır

19:1214 Oktyabr, 2024
95
DÜNYA
  • A

Almaniya Müdafiə Nazirliyinin ekspertləri Ukraynanın Rusiya ilə münaqişədə qalib gələcəyinə inanmır.

Oxu24.com xəbər verir  ki, bu barədə Bild departamentdəki mənbələrə istinadən yazır.

Nəşrin analitiki Julian Repkenin yazdığı kimi, alman hərbi ekspertləri Rusiya Silahlı Qüvvələrinin cəbhədə irəliləməsi fonunda Kiyevin qələbəsinə inanmağı dayandırıblar. Qeyd olunur ki, Rusiya hərbçilərinin hücumu Ukrayna Silahlı Qüvvələrinin (AFU) tükənməsi ilə əlaqədar təşviş doğurur.

Almaniya Müdafiə Nazirliyinin ekspertləri hesab edirlər ki, payızda ərimənin başlaması Rusiya Silahlı Qüvvələrinin hücumunun sürətinə təsir edəcək. Eyni zamanda, analitiklər vəziyyətin “son dərəcə narahatedici” olduğunu vurğulayırlar. Öz növbəsində Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın qalib gəlməsinin vacibliyində israr etməkdə davam edir.

Bundan əvvəl 2025-ci il federal seçkilərində Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz Ukraynanın Rusiyanı məğlub edə bilməyəcəyini açıqlamışdı. Onun sözlərinə görə, Almaniya hər şeyi etməlidir ki, Rusiya hərbi əməliyyatları davam etdirməyi ümidsiz addım hesab etsin.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünya çempionu müharibədə həlak oldu
Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər
Qurani-Kərimi ayaqlayıb videoya çəkdi- Saxlanıldı

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu