Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120091
az

Britaniya İranın Kosmik Agentliyinin rəhbərinə qarşı sanksiyalar tətbiq edir

16:0914 Oktyabr, 2024
50
DÜNYA
  • A

Britaniya İranın Kosmik Agentliyinin rəhbərinə və ölkənin bir neçə generalına qarşı sanksiyalar tətbiq edib.

Oxu24.com xəbər verir  ki, bu barədə TASS Böyük Britaniya hökumətinin saytına istinadən məlumat yayıb.

İran Silahlı Qüvvələrinin baş komandanı general-leytenant Əbdülrəhim Musəvinin, briqada generalı Məhəmməd Hüseyn Dadrasın, İran Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidinin, İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətinin rəhbəri Məhəmməd Kazeminin,kontr-admiral Həbibullah Səyyari və briqada generalı Əli-Məhəmməd Naininin  aktivləri dondurulub. Onların Böyük Britaniyaya girişi də qadağan edilib.

Bundan əvvəl Britaniya Müdafiə Nazirliyi İranın İsrailə raket hücumunun dəf edilməsində iştirak etdiklərini bildirmişdi.

Oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti İranın yəhudi dövlətinə kütləvi raket hücumuna başladığını elan edib. Jurnalistlər bunun fonunda bütün ölkə ərazisində hava hücumu xəbərdarlığının elan edildiyini bildiriblər.

“The Jerusalem Post” qəzetinin yazdığına görə, atışma zamanı İran tərəfi İsrail ərazisinə 400-ə yaxın raket zərbəsi endirib. Hücumun hədəflərindən biri də Təl-Əviv şəhəri olub.

İsrail İranın raket hücumuna cavab verəcəyini vəd edib. İsrail ordusunun sözçüsü Daniel Hagari deyib ki, hakimiyyət öz vətəndaşlarını qoruyacaq. O, atışmanın nəticələrinin olacağını və İsrail ordusunun bununla bağlı planlarının olduğunu vurğulayıb.

Bundan əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına raket tədarükü ilə bağlı İranın müvəqqəti işlər vəkilini çağırıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp general-leytenantı Ukrayna üzrə xüsusi elçi təyin etdi
Qasırğa İngiltərədə nəqliyyatı iflic etdi
Polşa avrodan imtina edir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı