Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120089
az

Arvadını baltalayan kişihəbs edilib

15:5814 Oktyabr, 2024
85
  • A

Xəbər verildiyi kimi, cari il iyunun 24-də Daşkəsən rayon sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. 

Daşkəsən rayon prokurorluğundan bildirilib ki, ibtidai istintaq zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin Daşkəsən rayonu, Əmirvar kəndində yerləşən fərdi yaşayış evində heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə aşkar surətdə köməksiz vəziyyətdə olan arvadı Atlas Ocaqverdiyevaya balta ilə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Teymur Ocaqverdiyevə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə) maddələrilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi
Qumbara Bəhruzun əlində partlayıb- Yeni faktlar
Oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi