Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, oktyabr ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda tütün məmulatının Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.
Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan sərhəd gəmiləri tərəfindən aparılmış axtarış tədbirləri nəticəsində dənizdə 85 (səksən beş) ədəd şübhəli bağlama müəyyən olunub.
Bağlamalara baxış zamanı dəyəri təqribən 330 000 (üç yüz otuz min) AZN məbləğində aksiz markasız 111 072 (yüz on bir min yetmiş iki) qutu müxtəlif çeşidli tütün məmulatları aşkar olunaraq götürülmüşdür.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Oxu24.com
ŞƏRHLƏR