Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120071
az

İsrail Hizbullahın 200 hədəfinə hücum edib

13:5914 Oktyabr, 2024
59
DÜNYA
  • A

İsrail aviasiyası bir gündə Livanda şiə Hizbullah hərəkatının hədəflərinə 200 zərbə endirib.

Oxu24.com  xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.

Zərbələrin hədəfləri raket qurğuları, tank əleyhinə raketlərin buraxılması üçün mövqelər və silah və sursat anbarları olub. Livanın cənubunda “məhdud, lokallaşdırılmış, məqsədyönlü reydlərin” davam edəcəyi də bildirilir.

Oktyabrın 14-də səhər saatlarında Hizbullah İsrail Hərbi Dəniz Qüvvələrinin Hayfanın şimal-qərbindəki bazasına raket hücumu təşkil etdiyini bildirib.

Sentyabrın 23-də İsrail Müdafiə Qüvvələri (IDF) Livanda Hizbullahın hərbi infrastrukturuna qarşı “önləyici hücum əməliyyatı”na başladığını elan edib.

Sentyabrın 28-də “Hizbullah” lideri Həsən Nəsrullahın İsrail Hərbi Hava Qüvvələrinin qırıcısının təşkilatın Beyrutun cənubundakı yeraltı qərargahına endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyü məlum olub. Məlumatı qurumun özü də təsdiqləyib. Nəsrullahın öldürülməsi əməliyyatı zamanı İsrail Beyrutun cənub ətrafına 85 tonluq bomba atıb.

Bundan əvvəl Hizbullah Hayfa yaxınlığında “dron dəstəsi” ilə İsrailə hücum etmişdi.

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə Ukrayna, nə də Rusiya danışıqlara hazırdır - Ağ Ev
İran Ermənistana qoşun yeridəcək? -VİDEO
BMT Putinlə Trampın mümkün görüşündə maraqlıdır

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib