Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120067
az

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi- Qərar

13:0914 Oktyabr, 2024
73
REDAKTORUN SEÇİMİ
  • A

“Texnikabank” ASC-nin (ləğv edilib) Müşahidə Şurasının sədri olmuş Etibar Əliyevin məhkəmə işi 10 il sonra başa çatıb.

Oxu24.com xəbər verir  ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2014-cü ildə istintaqı dayandırılan apellyasiya şikayəti üzrə yekun qərar çıxarılıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda ağır xəstəliyə yoluxduğu üçün mühakimə edilməsi mümkün olmayan Etibar Əliyevin yazılı ərizəsi elan edilib. O, ərizəsində şikayətindən imtina etdiyini bildirib.

Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi tərəflərin hüquqlarını tanıyıb. 

Qərara əsasən, apellyasiya tələblərindən imtina edildiyindən şikayətlərə baxılmasına xitam verilib.

Bununla da E.Əliyevin 1 il sınaq müddəti seçilməklə 9 il şərti məhkum edilməsi ilə bağlı hökm qanuni qüvvəyə minib.

Qeyd edək ki, Etibar Əliyev 2014-cü ildə dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və vəzifə saxtakarlığı ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə ayrıca mühakimə edilən Etibar Əliyevə 9 il şərti azadlıqdan məhrumetmə cəzası verilib. 

Həmin vaxt tərəflər hökmdən apellyasiya şikayəti versə də, E.Əliyev ağır xəstəliyə yoluxduğu üçün məhkəmə istintaqı baş tutmayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda vəzifəli şəxs hamamda yıxılıb öldü
Qanunsuz əməlləri ifşa olundu - VİDEO
Rubl görün neçəyə oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi