Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120063
az

Bakıda 70 hotelin açıq məkandakı reklamlarında düzəlişlər edilib

13:1414 Oktyabr, 2024
84
CƏMİYYƏT
  • A

Ötən ay Bakıda ulduz kateqoriyasını düzgün qeyd etməyən 70 mehmanxananın açıq məkandakı reklamlarında düzəlişlər edilib.

Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən məlumat verilib.

Düzəlişlər Azərbaycan Dövlət Reklam Agentliyi ilə Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində edilib. Məlum olub ki, onlar müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirirlərmiş.

Bakı Şəhəri Reklam İdarəsinin apardığı tədbirlər nəticəsində həmin obyektlərin reklamları demontaj olunaraq nöqsanlar aradan qaldırılıb.

Araşdırmalar nəticəsində o da məlum olub ki, "Turizm haqqında" qanunda qeyd edilən tələblərə cavab verməyən 77 yerləşmə vasitəsi də hotel adından istifadə etməklə istehlakçı hüquqlarını pozub. Həmin yerləşmə yerlərinin artıq 61-nin açıq məkandakı reklamlarının yayımı dayandırılıb. Bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, “Reklam haqqında” qanunda da qeyd olunduğu kimi reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün həlak olan əsgərin FOTOSU

Siqaret çəkmək haramdır? - AÇIQLAMA
"ChatGPT" bütün dünyada sıradan çıxdı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı