Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120021
az

Trampa qarşı növbəti SUİ-QƏSD CƏHDİ -Ov tüfəngi ilə vurulacaqdı

09:0014 Oktyabr, 2024
66
SİYASƏT
  • A

Kaliforniyada Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın mitinq yerinin yaxınlığında silahlı şəxs saxlanılıb.

OXU24.COMxəbər verir ki, bu barədə KTLA telekanalı məlumat yayıb.

Saxlanılan şəxs 49 yaşlı Las-Veqas sakini Uem Miller olub. Onun üzərindən dolu ov tüfəngi götürülüb.

O, oktyabrın 12-də saxlanılıb, insident Trampın təhlükəsizliyini təmin etmək üçün tədbirlərin təşkilinə təsir etməyib. Miller 5 min dollar girov qarşılığında sərbəst buraxılıb.

Millerin saxta keçiddən istifadə edərək tədbirə daxil olmağa çalışdığı qeyd edilir.

Riverside County Şerifinin dediyinə görə, polis çox güman ki, növbəti sui-qəsdin qarşısını ala bilib.

Sentyabrın 25-də Tramp deyib ki, İran onun həyatını təhdid edir.

Trampın həyatına ilk cəhd iyulun 13-də seçicilər qarşısında çıxışı zamanı baş verib. Ağ Evin keçmiş rəhbərinə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Trampa atəş açan şəxs məhv edilib və şəxsiyyəti müəyyən edilib. FTB-nin məlumatına görə , o, Pensilvaniya ştatından olan 20 yaşlı Tomas Metyu Kruksdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hakan Fidandan MÜHARİBƏ AÇIQLAMASI: "Başlama ehtimalı yüksəkdir" -VİDEO
Gürcüstan İstanbulda keçiriləcək mühüm toplantıda iştirak etməyəcək
Putindən səhhəti ilə bağlı AÇIQLAMA: "Mütəmadi olaraq..."

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
“Sələmçi Qiyas” həbs olundu