Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120020
az

Gürcüstan MSK əməkdaşları təhdid edilir

09:2214 Oktyabr, 2024
111
DÜNYA
  • A

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) əməkdaşlarının telefonlarına təhdid mesajları gəlməyə başlayıb.

OXU24.COM  xəbər verir ki, bu barədə MSK sədri Giorgi Kalandarişvili məlumat verib.

Onun sözlərinə görə, MSK əməkdaşlarına gələn bütün mesajlarda ünvan sahibinin adı var ki, bu da mesajın müəllifinin həmkarlarımızın şəxsi məlumatlarını bildiyini təsdiqləyir.

Kalandarişvili vurğulayıb ki, oxşar hallar əvvəllər də baş verib. MSK əməkdaşlarına rüşvət vermək, qorxutmaq və ya başqa tədbirlər görmək istəyiblər.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) adından da vətəndaşlara saxta bildirişlər göndərilir.

DİN-nin rəsmi səhifəsində deyilir ki, vətəndaşları məlumatlandırmaq üçün nazirlik tərəfindən heç bir mesaj göndərilməyib. DİN vətəndaşları yanılmamağa çağırıb və faktın araşdırılacağını bəyan edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə ordusu İraq və Suriyada 15 terrorçunu məhv etdi
Fransa ABŞ-ı HƏDƏLƏDİ -Qoşun göndərəcəyik
Makrondan ETİRAF: "Başqa seçimim yox idi, o, hər şeyi məhv edəcəkdi!"

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB