Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12001
az

Problemli kreditlərə görə kompensasiyanın verilmə vaxtı ELAN EDİLDİ

20:2615 Aprel, 2019
765
İQTİSADİYYAT
  • A
 Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında"  Fərmanı ilə güzəşt əldə edən vətəndaşlara aprel ayının sonundan etibarən kompensasiyaların verilməsinə başlanacaq.

Milli.Az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev məlumat verib.

Palata rəsmisinin sözlərinə görə, kompensasiya ödənişlərinin tam olaraq may ayının sonlarında yekunlaşdırılması planlaşdırılır:

"Bank müştərisi olan vətəndaşlara bank vasitəsilə SMS göndəriləcək. Bağlanmış bankların müştərisi olan vətəndaşlar, yaxud kreditini ödəmiş və fərmanla kompensasiya alacaq vətəndaşlara "Azərpoçt" tərəfindən SMS  göndəriləcək".

E.Allahverdiyevin sözlərinə görə, vətəndaşlar kompensasiyanın 500 manatadək hissəsini növbəlilik prinsipi əsasında nağd, 500 manatdan yuxarı hissəsini kart vasitəsilə ala biləcəklər". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balıq sevənlərə ŞAD XƏBƏR -Yeni bazarlar salınacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 8 %-ə yaxın artıb
Bazar sahibkarlarına bəd xəbər: Vergi qiymətləri artırılır - VİDEO

Azərbaycanda Aliment Fondu yaradılacaq - VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı