Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120001
az

İran Trampı öldürmək üçün hərəkətə keçdi: Siyahıda onların da adı var

16:3912 Oktyabr, 2024
129
SİYASƏT
  • A

İran ABŞ prezidentliyinə namizəd Donald Trampı öldürmək üçün “aktiv və aqressiv” cəhdlər edir.

OXU24.COM xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri adı açıqlanmayan rəsmilərə istinadən yazıb.

Məqalədə həmçinin bildirilir ki, İran 2020-ci il yanvarın 3-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general-leytenant Qasım Süleymaninin məhv edilməsində iştirak edən daha bir neçə yüksək rütbəli keçmiş amerikalı məmurları öldürməyi hədəfləyir.

Amerikalı jurnalistlərin qeyd etdiyi kimi, İranın Trampı və keçmiş məmurları öldürmək cəhdləri “əvvəllər bildiriləndən daha aktiv və aqressivdir”.

ABŞ-ın keçmiş qanunvericiləri, Məxfi Xidmət agentləri və yüksək vəzifəli məmurlar İranın onları hakerlərlə hədəfə aldığını və onlara və ailə üzvlərinə rəqəmsal casusluq etməyə cəhd etdiyini bildiriblər. Bundan əlavə, şübhəli iranlı əməliyyatçılar ABŞ rəsmisini xaricdə olarkən izləməyə cəhd ediblər.

Nəşr iddia edir ki, Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşları Amerika hakimiyyətinin onlara heç bir müdafiə təmin etmədiyi üçün təhlükəsizliklərini təmin etmək üçün yüz minlərlə dollar xərcləmək məcburiyyətindədirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Harrisin Trampla Obamanın söhbətinə reaksiyası gündəm oldu - Video
Rusiya Ermənistanı HƏDƏLƏDİ: Avrasiya İqtisadi İttifaqından çıxsa...
Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib