Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1200
az

Göbələk xəstəliyi kişidən yoluxur?

19:4129 Aprel, 2018
4371
TİBB
  • A
 Elə bir xanım olmaz ki, həyatı boyu heç olmasa bir dəfə göbələk xəstəliyinə yoluxmasın. Əksər qadınlar elə bilir ki, bu, onlara kişidən keçir. Amma göbələyin yaranma səbəbləri tam fərqlidir. Ailem.az xanımlara göbələk xəstəliyi haqqında geniş məlumatı təqdim edir.

 

Göbələk xəstəliyi uşaqlıq yolunun göbələklər tərəfindən törədilən iltihabıdır. Xəstəliyin bilavasitə törədicisi Candida adlanan göbələkdir. Ona görə də göbələk xəstəliyi kandidoz adlanır. Göbələk xəstəliyini yaradan kandida göbələyi sağlam hər bir qız və qadının orqanizmində yaşayır. Normada bu göbələk az miqdarda bağırsaq və uşaqlıq yolunda da olur. Kandida göbələyi uşaqlıq yolunun normal mikroflorasını təşkil edən faydalı bakteriyalar üçün qidadır. Lakin hansısa səbəbdən faydalı bakteriyalar məhv ola bilir. Bu zaman göbələyin miqdarı əhəmiyyətli şəkildə artır və xəstəliyin əlamətləri yaranır.

Kandida niyə “oyanır”?
 
Göbələk xəstəliyi heç vaxt boş yerdən yaranmır. Qadının uşaqlıq yolu normal mikrofloranın faydalı bakteriyaları tərəfindən yaxşı müdafiə olunur. Mikroflora immunitetin bir hissəsidir. Yalnız mikrofloranın pozulması və immunitetin zəifləməsi kandidanın çoxalmasına və göbələk xəstəliyinin yaranmasına səbəb olur.
 
Göbələk xəstəliyinə kişidən yoluxmaq olarmı?
 
Xeyr. Göbələk xəstəliyinin simptomları cinsi aktdan bir qədər sonra yarana bilər. Amma bu, o demək deyil ki, siz partnyorunuzdan yoluxmusunuz. Siz göbələk xəstəliyinin əlamətlərini özünüzdə daha əvvəl müşahidə etməsəniz də, bu göbələk orqanizminizdə cinsi həyata başlamazdan öncə də vardı. Sadəcə o, sakitcə “yatır” və öz vaxtını gözləyir.
 
Göbələk xəstəliyinin 10 əsas səbəbi
 
1Antibiotiklər
 
Antibiotiklərlə müalicəyə bir çox xəstəliklər (angina, bronxit, pnevmoniya, sistit və s.) zamanı ehtiyac yaranır. Antibiotiklər qana daxil olaraq orqanizmdə olan bütün bakteriyaları məhv edir. Bura göbələk xəstəliyindən müdafiə edən faydalı bakteriyalar da daxildir.
 
2. Hamiləlik əleyhinə dərmanlar
 
Bütün hamiləlik əleyhinə dərman preparatlarının tərkibində estrogen hormonu var. Belə bir fikir vardır ki, bu hormon göbələk xəstəliyini törədən göbələyi aktivləşdirir və onu artmağa sövq edir. Göbələk xəstəliyinin inkişaf etmə riski daha çox hamiləlik əleyhinə dərman preparatlarını yenicə qəbul etməyə başlamış və ya bir preparatı daha yüksək estrogen dozası olan digər preparatla əvəz etmiş qadınlarda olur.
 
3. Stress
 
Müasir qadınların tez-tez rastlaşdığı həddindən artıq narahatlıq və daimi gərginlik göbələk xəstəliyinin yaranmasına səbəb ola bilər. Burada da hormonların rolu var. Stress nəticəsində orqanizmdə çoxlu miqdarda kartizol (stress hormonu) istehsal olunur. Həddindən artıq əsəb keçirməklə göbələk xəstəliyini “qazanmaq” olar.
 
4. Şirniyyatlar
 
Göbələk xəstəliyini yaradan göbələklər şirnini çox “sevirlər”. Nə qədər çox şirniyyat yesəniz, qanınızda qlükozanın səviyyəsi də bir o qədər çox olacaq. Qlükoza nə qədər çox olsa, göbələk xəstəliyinin “oyanması” riski də bir o qədər yüksək olar.
 
5. Pivə
 
Qəribə də olsa, pivə göbələklərin intensiv şəkildə çoxalmasına səbəb olur. Buna səbəb pivənin tərkibində olan maltozadır. Maltoza şəkər növüdür və qlükoza kimi, o da göbələk xəstəliyinin “xoşuna gəlir”.
 
6. Bağırsaq disbakteriozu
 
Keyfiyyətsiz qidanın qəbul edilməsi nəticəsində yaranan həzm etməmə və diareya bağırsaqda göbələyin artması üçün münbit zəmindir. Kandida bağırsağın divarlarında çoxalır, daha sonra isə uşaqlıq yoluna keçid edir, bununla da qida zəhərlənməsi simptomlarına göbələk xəstəliyinin simptomlarını əlavə edir.
 
7. Qəbizlik
 
Qəbizlikdən tez-tez əziyyət çəkən qadınlar risk qrupuna daxildir. Qəbizlik bağırsaqda qələvi mühitini yaradır və kandida intensiv şəkildə çoxalmağa başlayır.
 
8. Şəkərli diabet
 
Şəkərli diabetdən əziyyət çəkən qadınlarda göbələk xəstəliyinə daha tez-tez rast gəlinir. Diabet zamanı göbələk xəstəliyinin inkişafı qanda şəkərin miqdarının çox olması ilə şərtlənir.
 
9-cu səbəb: Prezervativlərdən, tamponlardan istifadə
 
Praktiki olaraq istənilən intim gigiyena vasitəsi (bezlər və tamponlar), habelə kontrasepsiya vasitələri (prezervativlər, spermitsidlər) göbələk xəstəliyinin yaranmasına təkan verə bilər. Sadalanan materialların tərkibinə daxil olan hər hansı kimyəvi maddələrlə kontakt allergiyaya, immunitetin zəifləməsinə və göbələk xəstəliyinin inkişafına səbəb ola bilər. Buna görə də sadalanan mallardan istifadə etdikdən sonra göbələk xəstəliyinin simptomlarını hiss etsəniz, onlardan imtina etməlisiniz.
 
10-cu səbəb: Düzgün yuyunmama
 
İntim gigiyena uşaqlıq yolunun mikroflorasını normal tərkibdə saxlamaq üçün olduqca əhəmiyyətlidir. Göbələk xəstəliyi düzgün yuyunmamanın, yəni suyun axarının tələb olunduğu kimi yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya doğru istiqamətləndirilməsinin nəticəsi ola bilər. Sabun və ya başqa yararsız vasitələrlə (şampun, duş üçün gel) yuyunma da göbələk xəstəliyinin yaranmasına səbəb ola bilir.
 
Göbələk xəstəliyindən birdəfəlik necə qurtulmaq olar?
 
Göbələk xəstəliyini müalicə etmək və onu birdəfəlik unutmaq yalnız onun yaranma səbəblərinə diqqət yetirməklə və onları həyatımızdan kənarlaşdırmaqla mümkündür.
Göbələk xəstəliyinin müalicəsində göbələkəleyhinə vasitələrdən istifadə edilir. Bu dərmanlar daxilə qəbul üçün tabletlər halında, vaginal (uşaqlıq yolu) şamlar, vaginal kremlər və hətta inyeksiya (iynə) üçün məhlullar kimi müxtəlif formalarda buraxılır. Ginekoloqa vaxtında müraciət etmək vacibdir.
 
Seksual partnyor (ər) müalicə almalıdırmı?
 
Ərinizi, partnyorunuzu göbələk xəstəliyinin simptomları narahat etmirsə, onda ona heç bir müalicə tələb olunmur. Yox əgər onda əlamətlər varsa (cinsi üzvün başında qızarma, çatların əmələ gəlməsi, qaşınma, başın üzərində ağ ərp, sidik ifrazatı zamanı ağrılar), onda həkim-uroloqa müraciət etməli və uretradan flora üçün yaxma verməlidir. Yalnız yaxmanın nəticələrinə əsasən uroloq ona müalicə təyin edə bilər.  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

Kardaşyan 30 min dollara robot aldı

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı