Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119982
az

Xocavəndin hərbi komissarı həbs edildi -RƏSMİ/YENİLƏNDİ

23:1211 Oktyabr, 2024
123
CƏMİYYƏT
  • A

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi həbs edilib.

Hərbi prokurorluğun mətbuat xidmətindən OXU24.COM a verilən məlumatda bildirilib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Əliyev Sadiq Həsən oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

***

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev saxlanılıb.

OXU24.COM xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.

Onun sözlərinə görə, külli miqdarda rüşvət almaqda təqsirləndirilən Sadiq Əliyevlə bağlı istintaqı Respublika Hərbi Prokurorluğu aparır:

“Saxlanılan mayor Əliyev bundan əvvəl Quba və Mingəçevirin hərbi komissarı olub”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentdən SOCAR-la bağlı SƏRƏNCAM
Ombudsman təyyarə qəzası nəticəsində xəsarət almış şəxsləri ziyarət etdi -FOTO
Prezidentdən təyyarə qəzasında xəsarət alan bələdçilərlə bağlı SƏRƏNCAM

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır