Şimali Koreya Cənubi Koreya ilə sərhəddə yerləşən hücum qüvvələrinin tam hazırlıq vəziyyətində olduğunu açıqlayıb.
Oxu24.com xəbər verir ki, bu qərar regionda gərginliyin artması fonunda qəbul edilib.
KXDR hakimiyyəti Seuldan kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarının (PUA) uçuşlarını dayandırmağı, həmçinin sərhəd yaxınlığında hərbi təlimləri və patrul zonalarını genişləndirmək cəhdlərini dayandırmağı tələb edib.
Pxenyanın rəsmi bəyanatında vurğulanır ki, “Cənubi Koreyanın hərəkətləri KXDR-in təhlükəsizliyinə təhdid yaradır və buna cavab olaraq ölkə rəhbərliyi daha sərt tədbirlər görmək niyyətindədir”. Şimali Koreya tərəfi Cənubi Koreyanın PUA-nın sərhəd yaxınlığında uçuşlarının və manevrlərinin intensivləşdirilməsini “Koreya yarımadasında münaqişənin genişlənməsinə səbəb ola biləcək təxribat” kimi qiymətləndirir.
Cənubi Koreya hakimiyyəti, öz növbəsində, Pxenyanın ultimatumunu hələ şərh etməyib.
Bununla belə ekspertlər qeyd edirlər ki, KXDR-in bu bəyanatı regionda onsuz da qeyri-sabit olan vəziyyəti xeyli gərginləşdirir. İki dövlət arasında gərginlik son aylarda, o cümlədən Seul və Vaşinqtonun Şimali Koreyadan mümkün hücumlara qarşı müdafiə ssenarilərinin işləndiyi hərbi təlimlər səbəbindən artıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR