Almaniyanın Baltik dənizi sahillərində, Warnemünde kurortunun yaxınlığında, 640 ton neftlə yüklənmiş Annika tankeri yanır.
Almaniya Federasiyası və Federal Dövlətlərin fövqəladə hallar idarəsi agentliyi oktyabrın 11-də bildirib ki, 73 metrlik tankerdəki yanğın dəniz xilasetmə kreyseri və iki köməkçi gəmi tərəfindən söndürülür.
Almaniya bayraqlı tankerdə olan 7 dənizçi xilas edilərək sahilə çıxarılıb. Almaniya Dəniz Axtarış və Xilasetmə Xidmətinin (DGzRS) məlumatına görə, yanan tankerdən yüksələn tüstü “sahildən çox uzaqda görünür”. Xidmət həmçinin səhər saat 9-dan sonra yanğınla bağlı siqnal aldığını və bir saat sonra ekipajın tankerdən təxliyə edildiyini bildirib. Yanğının səbəbləri hələlik məlum deyil.
Nigar
Oxu24.com
ŞƏRHLƏR