Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119936
az

Uçuşların təhlükəsizliyinə nəzarətlə bağlı qərar verildi

15:1411 Oktyabr, 2024
62
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti “Uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi Qaydası”nı təsdiq edib.

Oxu24.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda “Aviasiya haqqında” qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyanın 83 bis maddəsinə, habelə həmin maddənin tətbiqinə dair 295 nömrəli Sirkulyara uyğun olaraq hazırlanıb.

Qayda ilə tənzimlənməyən məsələlər “Aviasiya haqqında” qanuna, Konvensiyanın 83 bis maddəsinə, habelə Sirkulyara uyğun olaraq həyata keçirilir.

Qayda mülki hava gəmilərinin istismarı zamanı uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi məqsədilə ölkədə qeydiyyatdan keçmiş, lakin başqa dövlətin istismarçısı tərəfindən istismar edilən hava gəmisinə, habelə digər dövlətdə qeydiyyatda olan, lakin Azərbaycanda istismar edilən hava gəmisinə münasibətdə uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair münasibətləri tənzimləyir.

Uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq öhdəliklərin və məsuliyyət dairəsinin dəqiq müəyyən edilməsi zərurətindən irəli gələrək, uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi Konvensiyanın 83 bis maddəsinə əsasən bağlanılan və nümunəsi Sirkulyarla müəyyən edilmiş uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair müqavilə əsasında həyata keçirilir.

Müqavilənin yerinə yetirilməsinə məsul tərəflər qismində Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv dövlətlər adından mülki aviasiya orqanlarının qeydiyyat dövləti və istismarçı dövləti çıxış edir. Müqavilə əsasında ötürülən funksiyaların və vəzifələrin dairəsi dəqiq müəyyən edilmədikdə onların icrasına görə məsuliyyəti qeydiyyat dövləti daşıyır.

Müqavilə əsasında dairəsi dəqiq müəyyən edilərək ötürülən funksiyalara və vəzifələrə münasibətdə qeydiyyat dövləti məsuliyyətdən azad edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Koronavirusun daha bir qorxulu fəsadı üzə çıxdı
Evlənmə təklifi alacağınız həmin o RESEPT
Pilot qəzadan sonra sağ qalıbmış? - Yeni detallar +VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Ölənlər və yaralı var