Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119934
az

Məşhur iş adamından şikayətçi olan vətəndaş Baş prokurorun qəbulunda olub

15:0811 Oktyabr, 2024
309
ÖZƏL BÖLÜM
  • A

Şəmkirli iş adamından şikayətçi olan vətəndaş Kamran Əliyevlə görüşdü 

Şəmkirli iş adamı, sabiq prokurorluq  əməkdaşı  İbadət Məhərrəmovla Ağstafa rayonu, Köçəsgər  kənd sakini  Mehman  Məmmədov  arasındakı  pul mübahisəsi barədə məlumat vermişdik.

Şikayətçi M.Məmmədovun  iddiasına  görə,şəmkirli İ.Məhərrəmov  onun  həbsdə  olan oğlu Sərxan  Məmmədovun  azadlığa  çıxması üçün  58  min  manat və 4500 ABŞ dolları  məbləğində  pulunu ələ keçirib. Aldığı pulun  müqabilində  şikayətçinin oğluna heç bir hüquqi və mənəvi yardım göstərməyib.  Nəticədə  aldadıldığını  başa  düşən M.Məmmədov  verdiyi pulları geri tələb etsə də,İ.Məhərrəmov onun israrlı tələblərini qulaq ardına vurub,eşitmək istəmir. Əlacsız qalan M.Məmmədov İ.Məhərrəmovun qanunsuz hərəkətlərindən və özbaşnalığından hüquq-mühafizə orqanlarına şikayətlər  edib. 

Oxu24.com CityPost.az -a istinadən xəbər verir ki, bu gün şikayətçi Mehman Məmmədov  Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə şəxsən görüşüb.

Baş prokuror vətəndaşı Gəncə şəhərində şəxsən qəbul edərək şikayətini dinləyib.Vətəndaşa şikayətin ətraflı araşdırılacağı və hüquq çərçivəsində tədbirlərin görüləcəyi bildirilib.

 

Miri Məcidli
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda restoranda baş verən cinayətin ŞOK VİDEOSU
Rusiya hava məkanını niyə bağlamadı? - Qəzanın başvermə səbəbləri arasında KRİTİK DETALLAR...
Qəzaya uğrayan təyyarənin radar görüntüləri yayılıb

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
88 yaşlı kişini maşın vurub öldürdü