Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119932
az

Saakaşvili gürcü deputatın sui-qəsdinisifariş verib?

15:3911 Oktyabr, 2024
60
DÜNYA
  • A

Gürcüstanın Baş Prokurorluğu eks-prezident Mixail Saakaşvilinin 2016-cı ildə müxalif “Vahid Milli Hərəkat” partiyasının deputatı Givi Tarqamadzeyə sui-qəsd işində əli olduğunu üzə çıxarıb.

Oxu24.com TASS-a istinadən xəbər verir ki,  bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. 

Bildirilir ki, Tarqamadzeyə sui-qəsddə təqsirli bilinən qiyabi məhkum David Xeçuaşvili sentyabrın 19-da Türkiyə ilə sərhədi qanunsuz keçməyə çalışıb, bu zaman sərhədçilər tərəfindən saxlanılıb.

Gürcüstan prokurorluğunun brifinqdə verdiyi məlumata görə, məhbus ifadəsində bildirib ki, 2016-cı ildə Şota Çiçiaşvili adlı biri ilə görüşüb və Çiçiaşvili o vaxt Ukraynada yaşayan Saakaşvilinin göstərişini ona çatdırıb.

"Görüşdə Saakaşvili dedi ki, o, Tarqamadzeyə etibar etmir, çünki Tarqamadze 2016-cı il parlament seçkilərindən əvvəl o vaxtkı Gürcüstan hökuməti ilə əməkdaşlıq edib", - deyə Gürcüstan prokurorluğunun açıqlamasında qeyd olunub. 

Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də Ukraynadan ölkəyə qayıtdıqdan sonra Gürcüstan hakimiyyəti tərəfindən saxlanılıb. O , bir sıra cinayət əməllərində - bankir Sandro Qirqvlianinin qətlində iştirakda, deputat Valeri Gelaşvilinin döyülməsində, müxalifətin mitinqinin qanunsuz dağıdılmasında və dövlət büdcəsini mənimsəməkdə ittiham olunur.

Həbsxanada keçirdiyi ilk il ərzində müttəhim 30 kq arıqlayıb və həkimlər ona 17 diaqnoz qoyub. Qohumları və müdafiə tərəfləri dəfələrlə Saakaşvilinin səhhətinin ağır olduğunu bildirib və onun müalicə üçün xaricə aparılmasına icazə istəsələr də, həmişə rədd cavabı alıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampın məhkəməsində sürpriz qərar: hökm elan edildi
Saakaşvili ümidsizdir: “Ölkəni itirəcəyik”
Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi