Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119924
az

Avtomobil yollarında neçə elektron tərəzi quraşdırılıb? -VİDEO

14:5911 Oktyabr, 2024
69
CƏMİYYƏT
  • A

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsində yeni texnologiyaların tətbiqi və bu sahədə tələblərin pozulmasına görə inzibati tənbehvermə haqqında elektron qərarın çıxarılması imkanını yaradan müvafiq elektron tərəzilərin avtomobil yollarında quraşdırılması işləri davam etdirilir.

Oxu24.com xəbər verir ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır. 1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb. 

Artıq 1-ci mərhələ üzrə 4 ərazidə elektron tərəzilərin quraşdırılması işləri tamamlanıb: 
1.    M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 44,6-cı kilometrində sağ tərəfdə.

2.    M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrində sol tərəfdə.

3.    M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrində sağ və sol tərəfdə.

4.    M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində sağ və sol tərəfdə.

5 ərazi üzrə işlər davam etdirilir:
1.    M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində sağ və sol tərəfdə.

2.    M-3 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrində sol tərəfdə.

3.    M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində sağ və sol tərəfdə.

4.    M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində sağ və sol    tərəfdə.

5.    M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 44,9-cu kilometrində sağ və sol tərəfdə.

Daha 2 ərazi üzrə isə işlərə yaxın günlərdə start veriləcək:
1.    M-6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 91.6-cı kilometrində sağ və sol tərəfdə.

2.    ”Zəfər Yolu”-nun 21,4-cü kilometrində sağ və sol tərəfdə.

2-ci mərhələdə 20 yerdə 34 tərəzinin quraşdırılması planlaşdırılır. Layihə 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır. 

Məlumatların vahid mərkəzdə toplanılması üçün İdarəetmə Mərkəzinin (Monitorinq mərkəzi) qurulması da tamamlanıb. 

Bundan başqa iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta elektron tərəzi vasitələrinin köməyi ilə aşkar edilərək elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına məlumatların ötürülməsinin təmin edilməsi istiqamətində də müvafiq işlər tamamlanmaq üzrədir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Binəqədidə 4 otaqlı   evdə    yanğın
Naxçıvanda   atəşfəşanlıq    olacaq
Hamam otağından     meyiti     tapıldı

Evə girən ayı görün harada yatdı

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Pirotexniki vasitələr    satanlar    tutuldu